RU

Gələn ay bu avtomobillər kəskin bahalaşacaq

Avtomobil bazarında qiymət artımı hələlik kəskin səviyyədə olmasa da, müəyyən dinamika müşahidə olunur. Hazırda 5–10% civarında bahalaşmadan danışmaq mümkündür. Lakin gələn ilin yanvar–fevral aylarından etibarən idxal olunan avtomobillərin qiymətində təxminən 20% artım ola bilər. Bunun əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddətinin başa çatmasıdır. Güzəştlərin bitməsi xüsusilə hibrid avtomobillərin qiymətlərinə təsir göstərəcək.

Bu sözləri Publika.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.

Ekspert bildirib ki, hibrid avtomobillərə maraq son illər ciddi şəkildə artıb:

“Ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə simpatiya formalaşıb və bu sahədə dövlətin son 3–4 ildə atdığı stimullaşdırıcı addımlar — rüsumların azaldılması və müxtəlif güzəştlər — hibrid avtomobillərin geniş şəkildə yayılmasına səbəb olub. Hazırda ölkədə ən populyar avtomobillər məhz hibrid modellərdir”.

Избранный
15
3
publika.az

4Источники