RU

Bu avtomobillər kəskin bahalaşacaq

Avtomobil bazarında qiymət artımı hələlik kəskin səviyyədə olmasa da, müəyyən dinamika müşahidə olunur. Hazırda 5–10% civarında bahalaşmadan danışmaq mümkündür. Lakin gələn ilin yanvar–fevral aylarından etibarən idxal olunan avtomobillərin qiymətində təxminən 20% artım ola bilər. Bunun əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddətinin başa çatmasıdır. Güzəştlərin bitməsi xüsusilə hibrid avtomobillərin qiymətlərinə təsir göstərəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.

Ekspert bildirib ki, hibrid avtomobillərə maraq son illər ciddi şəkildə artıb:

“Ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə simpatiya formalaşıb və bu sahədə dövlətin son 3–4 ildə atdığı stimullaşdırıcı addımlar — rüsumların azaldılması və müxtəlif güzəştlər — hibrid avtomobillərin geniş şəkildə yayılmasına səbəb olub. Hazırda ölkədə ən populyar avtomobillər məhz hibrid modellərdir”.

E.Cəfərov əlavə edib ki, 2-ci əl avtomobil bazarında bu gün aktivlik bir qədər azalıb. Köhnə avtomobillərin satışında durğunluq müşahidə olunsa da, ekspert gələn ildən bu seqmentdə müəyyən canlanma olacağını istisna etmir.

Избранный
9
3
konkret.az

4Источники