Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak edir.
Toplantının yekunu olaraq bəyannamə qəbul ediləcək.Qeyd edək ki, Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb.
Bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Kartoqrafiya və Geodeziya Xidmətinkn direktor müavini İsabekov Narınbek Duyşekeyeviç deyib.
Onun sözlərinə görə, xəritə Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında təqdim ediləcək.
O qeyd edib ki, Türk dövlətləri dünyanın yarısını təmsil edir:
"Biz Türk dövlətləri olaraq dünyanın yarısıyıq. Biz bu dünyada önəmlilik daşıyırıq, bu dünyanın gələcəyini təmsil edirik".