RU

Qırğızıstan Bakıda TDT iclasında türk dövlətlərin yeni ümumi xəritəsini təqdim edəcək

Bakı. Trend:

Qırğızıstan Türk Dövlətləri Təşkilatının Bakıda keçirilənKartoqrafiya üzrə İşçi Qrupunun II iclasında Türk dövlətlərininyeni ümumi xəritəsini təqdim edəcək.

Trend xəbər verirki, bunu bu gün Qırğızıstanın Nazirlər Kabineti yanında TorpaqEhtiyatları, Kadastr, Geodeziya və Kartoqrafiya üzrə DövlətAgentliyinin Kartoqrafiya və Geodeziya Dövlət xidmətinindirektorunun müavini Narınbek İsabekov TDT-in Kartoqrafiya üzrəİşçi qrupunun II iclası çərçivəsində jurnalistlərə bildirib.

O qeyd edib ki, tədbir şəhərsalma forumu ərəfəsində keçirilir vəbu da onun sözlərinə görə, ölkələrin gələcək əməkdaşlığı üçün birgəkartoqrafik təşəbbüslərin əhəmiyyətini vurğulayır.

“Biz türk dövlətlərinin vahid xəritəsini hazırlamışıq və bu günonu təqdim edəcəyik. Xəritə türk dövlətləri regionunun miqyasınıaçıq şəkildə göstərir və bizim dünya gələcəyinin mühüm bir parçasıolduğumuzu vurğulayır”, – deyə N. İsabekov bildirib.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники