RU

Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədləri ləğv etdi

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin avtomatik qələmlə (autopen) imzaladığı bütün icra sərəncamlarını ləğv edib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı Tramp “Truth Social” hesabında açıqlayıb:

"Yuxulu Co Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədlər, təxminən 92 faizi ləğv edilib və artıq qüvvədə deyil. ABŞ Prezidenti tərəfindən birbaşa icazə verilmədikcə avtomatik qələmdən istifadə qadağandır".

Tramp əlavə edib ki, həmin dövrdə Bayden tərəfindən verilmiş əfv qərarları da artıq hüquqi baxımdan keçərsiz sayılır.

Tramp prezidentliyə başladıqdan sonra dəfələrlə bəyan etmişdi ki, Baydenin imzaladığı hüquqi sənədlər onun özü tərəfindən deyil, avtomatik qələmi ilə təsdiqlənib.

Избранный
33
cebheinfo.az

1Источники