RU

MİDA-nın 627 mənzili 1 dəqiqəyə satılıb?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.

XəzərNews.az xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub.

Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.

Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb. Onun sözlərinə görə, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər.

Xəbər 4 dəfə oxunub.
Избранный
79
10
xezernews.az

10Источники