RU

ABŞ-li general Azərbaycana gəldi

ABŞ-nin briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi "Facebook" hesabında açıqlayıb.

“ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib”, - məlumatda qeyd olunub.

Xəbər 3 dəfə oxunub.
Избранный
6
32
xezernews.az

10Источники