RU

İlin ən yaxşı futbolçusu adına namizədlərin yekun siyahısı açıqlandı 6 sı PSJ nin formasını geyinir

Fanat saytına istinadən ain.az xəbər verir.

"Globe Soccer Awards" 2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin son siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda adı olan 15 futbolçudan 6-sı PSJ-nin uğurları üçün çalışır:

Usman Dembele, Dezire Due (hər ikisi PSJ), Erlinq Holand ("Mançester Siti"), Əşrəf Hakimi (PSJ), Vinisius Junior ("Real Madrid"), Xviça Kvaratsxeliya (PSJ), Robert Levandovski ("Barselona"), Kilian Mbappe ("Real Madrid"), Nunu Mendeş (PSJ), Koul Palmer ("Çelsi"), Pedri, Rafinya (hər ikisi "Barselona"), Məhəmməd Salah ("Liverpul"), Vitinya (PSJ), Lamin Yamal ("Barselona").

Xatırladaq ki, "Globe Soccer Awards"ın versiyasına görə Vinisius Junior ötən ilin ən yaxşı futbolçusu olub.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
fanat.az

2Источники