Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Niderlandla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 35,5 faiz artaraq 301,4 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Niderlanda ixrac: 198,17 milyon dollar (+40 faiz)
Niderlanddan Azərbaycana idxal: 103,25 milyon dollar (+27,5 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderlandla ticarətin payı 0,73 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi