RU

İtən təyyarənin axtarışları yenidən başlayır

Malayziya 11 ildir müəmmalı şəkildə itən "MH370" reysi üzrə təyyarənin axtarışlarını 30 dekabr tarixində yenidən başlatmaq qərarına gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Malayziya Nəqliyyat Nazirliyi 2014-cü ilin mart ayında havaya qalxdıqdan sonra əlaqə kəsilən təyyarə ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, axtarış işləri 30 dekabrda başlayacaq və 55 gün davam edəcək.Yeni mərhələdəki axtarışlar, indiyə qədər aparılan araşdırmalar nəticəsində təyyarənin tapılma ehtimalının ən yüksək olduğu ərazilərə yönəldiləcək.

İşlər Malayziya hökuməti ilə okean və dəniz dibi məlumatları toplayan "Ocean Infinity" şirkəti tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə МН370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçmalı olan təyyarə havaya qalxdıqdan iki saat sonra radarlardan itib. Göyərtədə 227 sərnişin və 12 ekipaj üzvü olub.

Избранный
135
cebheinfo.az

1Источники