RU

İranlı tekvondoçu israilli rəqibinə görə Kenya turnirindən çəkilib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranlı tekvondoçu Rojan Qudərzi Keniyada keçirilən turnirdən imtina edib. O, israilli idmançı ilə eyni qrupda yarışmaq istəmədiyi üçün mübarizəyə çıxmayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

“Məqalədə bildirilir ki, Rojan Qudərzi 21 yaşadək idmançılar arasında keçirilən dünya çempionatında yarışlardan çəkilib. Səbəb onun "sionist rejimin" idmançısı ilə eyni qrupda yer alması olub”, – deyə məlumatda qeyd olunur.

Birinci raundda Qudərzi israilli idmançı Yardən Neşerlə qarşılaşmalı idi. İran rəsmiləri idmançının israilli rəqiblə eyni qrupda yerləşdirilməsinə etiraz ediblər. Dünya Tekvondo Federasiyası isə turnirin cədvəlinə dəyişiklik edilməsinin mümkün olmadığını bildirib.

Qeyd edək ki, Rojan Qudərzi ötən ay Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında 51 kq çəki dərəcəsində İran üçün bürünc medal qazanmışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
icma.az

1Источники