15:41 03.12.2025
15:41 03.12.2025
Qeyri-iş günlərinin sırasına daha biri əlavə edilir.
Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Sənədə əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü qeyd ediləcək və qeyri-iş günü hesab olunacaq. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.