RU

Gəncədə zavodda yanğın başlayıb - FOTO

GƏNCƏ, 3 dekabr. TELEQRAF

Gəncədə dəyirman zavodu adlanan ərazidə yanğın başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb.Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Məlumat üçün bildirək ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.

Избранный
125
9
teleqraf.com

10Источники