RU

Bu universitetdə 2,3 milyon manatlıq təmir işləri aparılacaq

BAKI, 3 dekabr. TELEQRAF

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris korpusunda yenidənqurma işləri aparılacaq.

Teleqraf xəbər verir ki, təmir işlərinə 2.320.004,07 manat vəsait xərclənəcək.

Qeyd edək ki, müvafiq işləri "SAFARI" Məhdud Məsuliyyətli Cəmiyyəti icra edəcək.

Məlumat üçün bildirək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İsazadə İqbal Mirbaba oğludur.

Избранный
41
teleqraf.com

1Источники