RU

Nazirliyin balansında olan binalarda oğurluq

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdaş rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan yaşayış binalarından oğurluq edilib. 

Qaynarinfo-nun məlumatına görə, evlərdən müxtəlif əşylar oğurlanıb və nazirliyə ümumilikdə 1800 manat ziyan vurulub. 

Hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıb. Həmçinin onların müxtəlif yaşayış evlərindən də oğurluq etdikləri məlum olub.

Saxlanılan Vahid Quliyevə (şərti), Əzim Qurbanova (şərti) və İlkin Səfiyevə (şərti) Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ititham elan olunub. Cinayət işinə Ağdaş Rayon Məhkəməsində hakim Aygün Mürsəlovanın sədrliyi ilə baxılıb. 

Məhkəmənin hökmü ilə Vahid Quliyev 2 il 9 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib. Digər müqəssirlər - Əzim Qurbanovla İlkin Səfiyevə gəlincə, onlara müvafiq olaraq 2 il 11 ay 26 gün və 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
qaynarinfo.az

1Источники