"Beşiktaş" klubunun əfsanəvi futbolçusu Faruk Karadoğan 77 yaşında vəfat edib.
ONN media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"1965-72-ci illər arasında "Beşiktaş"ın formasını geyinən, bu dövrdə qazandığımız iki liqa çempionluğunda əməyi olan əfsanəvi futbolçularımızdan Faruk Karadoğanın vəfat etdiyini böyük bir kədərlə öyrənmiş olduq. Klubumuza xidmətlərini hər zaman hörmətlə xatırlayacağımız F.Karadoğana Allahdan rəhmət, ailəsinə, yaxınlarına və camiəmizə başsağlığı diləyirik", - klubun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, F.Karadoğan karyerası ərzində "Beşiktaş", "Gənclərbirliyi" və "Adanaspor"da forma geyinib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта