RU

Azərbaycan Çində külək enerjisi üzrə beynəlxalq tədbirlərdə təmsil olunur

Bakı. Trend:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və Maliyyəşöbəsinin müdiri Rəqsanə Paşayeva cari ilin 3-5 dekabr tarixlərindəÇin Xalq Respublikasının Şantou şəhərində keçirilən 22-ci DünyaKülək Enerjisi Konfransında iştirak edirlər.

Trend bubarədə agentliyə istinadən xəbər verir.

Konfrans çərçivəsində Qlobal Külək Enerjisi Bazarının İnkişafıvə Trendləri, Böyük Ölçülü Külək Turbin Texnologiyaları və KüləkResursları Texnologiyaları mövzusunda forumlar təşkil olunur.Konfransın sonrakı günlərində Külək Enerjisində Süni İntellektTətbiqləri və İpək Yolunda Külək Enerjisi Əməkdaşlığı mövzularındaforumlar, o cümlədən Qlobal Külək Enerjisi Sektorunun TarixçəsininArxivləşdirilməsi üzrə Beynəlxalq Əməkdaşlıq İşçi Seminarınınkeçirilməsi planlaşdırılır.

Bundan əlavə, Çin şirkətləri və Çin Külək EnerjisiAssosiasiyasının nümayəndələri ilə görüşlərin keçirilməsi, küləkenerjisi üzrə yeni texnologiyaların və idarəetmə təcrübələrininöyrənilməsi məqsədilə “4 in 1” Dəniz Külək Enerjisi Avadanlıqlarıİstehsal Sənaye Parkına səfərin təşkil edilməsi nəzərdətutulur.

Избранный
133
2
az.trend.az

3Источники