RU

Pul yoxdur: Rusiya Çinə gedən dəmir yolu layihəsindən imtina etdi

Rusiya hökuməti Şimal-Sibir dəmir yolu magistralının tikintisindən imtina edib. Layihə Nijnevartovskdan Belıy Yaradək və Taştagoldan Çinin Urumçi şəhərinədək uzanan hissələri əhatə edirdi.

Tribuna.az xəbər verir ki, “Kommersant” nəşrinə danışan mənbənin sözlərinə görə, Rusiya baş nazirinin müavini Vitali Savelyev prezident Vladimir Putini layihənin həddindən artıq bahalı olduğuna dair məlumatlandırıb. Məlumata əsasən, Şimal-Sibir magistralının çəkilişi mürəkkəb geoloji şərait səbəbindən 50 trilyon rubl dəyərində qiymətləndirilir.

Bundan başqa, Rusiya Dəmir Yollarının (RJD) investisiya proqramı da ciddi şəkildə azaldılıb və 2026-cı ildə 1 trilyon rubldan çox olmayacaq. Bu səbəbdən layihənin reallaşdırılması mümkün hesab edilməyib.

İmran Kərimli

Избранный
9
1
tribunainfo.az

2Источники