RU

Dambrauskas: “Ardıcıl eyni rəqibə qarşı oynamaq çətindir” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/8 finalında “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə paytaxt təmsilçisi 2:1 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə qərib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissədə o qədər də yaxşı çıxış etmədik. İkinci hissədə rəqib təhlükəli epizodlar yaratdı. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks-hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi “Neftçi”yə qarşı vacib matç gözləyəcək”.

Dambrauskas “Sabah”ın qapısına təyin edilmiş penaltidən də danışıb:

“Mən bu barədə müzakirə aparmaq istəmərəm. Amma içimdən “yanıram”. Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim lehimizə penalti göstərə bilərdilər. Hakimlər fərqli qərarlar verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Biz özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik”.

Избранный
15
5
arena.az

8Источники