RU

MİDA skandalı böyüyür: Agentlik texnologiya mütəxəssislərini "satın alıb" susdurdu?

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış mənzillərinin onlayn yolla satışı zamanı müəyyən qanunsuz hərəkətlər aşkar edilib...

Poliqon xəbər verir ki, bu işdə əli olan 12 nəfər saxlanılıb. Maraqlıdır ki, MİDA-da baş verənlər haqqında uzun-uzadı açıqlama, şərh verən texnologiya mütəxəssisləri bu gün susqunluqlarını qorudular.

Yenicag.az gün ərzində əlaqə saxlayıb şərh almaq istədiyi 4 fərqli texnologiya mütəxəssisi bu mövzuda açıqlama verməkdən imtina edib. Mövzuya hansı tərəfdən baxılsa da, MİDA-nın veriləcək şərhlərdə tənqid edilməli olduğunu nəzərə alsaq, ölkədə fəaliyyət göstərən texnologiya mütəxəssislərinin bu barədə danışmaq istəməməsi haqlı suallar doğurur. Mənzil İnşaatı Dövlət Agentliyi mütəxəssisləri necə, hansı üsulla susdurması media və cəmiyyət üçün də olduqca maraqlıdır.

Son olaraq, ən vacib sual ondan ibarətdir ki, həqiqətən də ortada maddi maraq varsa, mütəxəssislərin MİDA ilə qanuni və ya qeyri-qanuni maddi əməkdaşlıq etməsinin özü nə dərəcədə qanunidir? Suallar çoxdur, cavablar isə MİDA-dadır…

Poliqon.info

Избранный
110
poliqon.info

1Источники