RU

Cənubi Afrikada SENSASİYA – 200 min il təcrid olunmuş insan qalıqları TAPILDI

Alimlər 200 min il dünyadan təcrid olunmuş insanların qalıqlarını tapıblar.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçin Uppsala Universitetinin mətbuat xidməti məlumat yayıb. Cənubi Afrikada aşkar edilən naməlum qədim insan qrupu bəşəriyyətdən genetik olaraq ayrı düşüb.

Məlumata əsasən, alimlər müasir Cənubi Afrika ərazisində yaşamış və bəşəriyyətdən genetik olaraq təcrid olunmuş qədim insanların əvvəllər məlum olmayan populyasiyasını aşkar ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, bu qrup 200 min il ərzində digər insanlardan ayrı şəkildə mövcud olub.

Qeyd olunur ki, tapılan qalıqların genomlarının öyrənilməsi müasir insan növünün yaranma tarixini və təkamül prosesini daha dərindən anlamağa kömək edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
68
interpress.az

1Источники