RU

Juninyo Braziliya çempionu oldu

Braziliyada ölkə çempionatının 37-ci turunun oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Flamenqo" öz meydanında "Seara"nı 1:0 hesabı ilə məğlub edib. "Qırmızı-qaralar" sona bir tur qalmış 78 xal toplayaraq "Palmeyras"ı 5 xal qabaqlayıb və vaxtından əvvəl ölkə çempionu olub.

Qeyd edək ki, 9-cu dəfə Braziliyada qızıl medalları qazanan "Flamenqo"nun heyətində bu ilin yanvarında "Qarabağ"dan 5 milyon avroya transfer edilən Juninyo Olavio da çıxış edir. Onun adı "Palmeyras"la görüşün iştirak ərizəsinə belə salınmayıb. Lakin bu mövsüm komandanın heyətində meydana çıxdığından o da çempion hesab edilir.

Xatırladaq ki, ötən həftə "Flamenqo" Libertoderes kubokunun da qalibi olub.

Избранный
20
publika.az

1Источники