RU

Ermənistan Rusiyadan qurtulur: Vətəndaş müharibəsi olacaq

Ermənistanda Ruisya əleyhinə yeni aksiyalar planlaşdırılır.

Publika.az xəbər verir ki, bunu Rusiyada yaşayan tanınmış erməni media xadimi Aram Qabrelyanov “Facebook”da qeyd edib.

"İndi sizə Ermənistanda vəziyyətin necə inkişaf edəcəyini deyəcəyəm. Mən artıq demişəm ki, Paşinyan Ermənistandakı bütün rusların və ya Rusiya vətəndaşlarının telefonlarının dinlənilməsi barədə göstəriş verib.

Beləliklə, rusların bəzi söhbətləri saxtalaşdırılacaq, sanki onlar çevriliş hazırlayırlar. Bu, Ermənistandakı bütün rusiyalıların və ya Rusiya vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi üçün səbəb sayılacaq.

Buna nail olmaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Bundan sonra onlar Rusiya hərbi bazasının çıxarılmasını tələb etməyə başlayacaqlar. Ermənistanda dəhşətli iqtisadi böhran başlayacaq. Ruslara qarşı təbliğat genişlənəcək.

Избранный
59
publika.az

1Источники