RU

Bakıda güneyli rejissorun sənədli filmi nümayiş olunacaq

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Güney azərbaycanlı rejissor Məhəmməd Əli Muradinin Urmiya gölü haqqında çəkdiyi "Gölün uşaqları" sənədli filmi Bakı Beynəlxalq Film Festivalının “Dili Bizim” proqramında nümayiş olunacaq.

Kult.az xəbər verir ki, bu haqda rejissor özü məlumat yayıb.

Filmdə Urmiya gölünün ekoloji böhranının fəsadlarından, insanların, xüsusən uşaqların həyatına necə təsir etdiyindən bəhs olunur.

Məhəmməd Əli Muradi bildirib ki, filmin nümayişi dekabrın 7-si, saat 11:00-da Nizami Kino Mərkəzinin 2-ci zalında olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
98
axar.az

1Источники