RU

“Artsax” deyirsənsə, hansı sülhdən danışırsan? – Vəfa Həmzəyevanın erməniyə cavabı niyə viral oldu

Erməni jurnalist canlı bağlantıda "Artsax" ifadəsini işlədir və sonra da "Bizim üçün Artsax, bəziləri üçün Qarabağ" deyir.

Bu, əslində bütün mənzərəni açıq şəkildə göstərir. Onlar hələ də reallığı qəbul etməyiblər.

Faktiki vəziyyəti, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, 2020-ci ildən sonra yaranan ədalətli reallıqları anlamırlar. Görünən odur ki, zehniyyət dəyişmədən sülh barədə danışmaqları sadəcə söz oyunudur.

Sülh təkcə kağız üzərində atılan imza deyil ki...

Sülh əvvəlcə zehniyyətdə başlayır. Onlar ilk olaraq bunu anlamalıdırlar.

Bir tərəf hələ də "Artsax" kimi artıq tarixə gömülmüş bir sözü diriltməyə çalışırsa, bu o deməkdir ki, onların dəyişmək fikirləri yoxdur. Və hələ də öz uydurduqları xəyallarla yaşayırlar. Görəsən onlar üçün sülhün mahiyyəti nədən ibarətdir? Kağızda imzalayaq, bəs sonra....

Bir əsrdə xalqımızı nə az nə çox düz dörd dəfə soyqırıma uğratmış bir xalqla sülh imzalamaqdan gedir söhbət. Axı nə qədər sizi bağışlayaq?

Bağışlamaqdan söhbət düşmüşkən, bunu belə asanmı bilirsiz! Bir üzünüzdə "Arsax" digər üzünüzdə sülh? Artıq maskasız, cənablar!

Sülh istəyən xalq ilk növbədə həqiqəti qəbul edir.

Həqiqət isə budur: Qarabağ Azərbaycandır! Bu da müzakirə mövzusu deyil.

Belə bir anda Real TV-nin əməkdaşl Vəfa Həmzəyevanın reaksiyası yalnız jurnalist peşəkarlığı deyildi. Bu həm də xalqımızın mövqeyi, dövlətimizin siyasəti və şəhidlərimizin ruhuna hörmət idi.

Onun "Əgər siz hələ də Artsax deyirsinizsə, sülhdən necə danışmaq olar?" sualı bütün manipulyasiyalara verilmiş ən qısa, ən düzgün cavab idi.

Vəfa xanıma isə ürəkdən təşəkkür düşür. Həm peşəkarlığına, həm prinsipiallığına, həm də milli mövqeyinə-mövqeyimizə görə.
Eşq olsun!

Biz sülh istəyirik.

Biz sabah istəyirik.

Biz regionda normallıq və inkişaf istəyirik.

Amma yaddaşsız, tarixi təhrif edənlərlə yox.

Bəli... Sülh qazansın!

Amma yalnız həqiqətin üzərində!

33e0d4527538ad19b0da5720bae08039.jpg

Tariximizə hörmətlə Vətən müharibəsi zabiti
İqbal Səfərov

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники