RU

Taleh Qaraşov qəsəbə sakinlərinin problemlərini dinlədi FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Dekabrın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq Nərimanabad qəsəbəsinin sakinləri ilə cari ildə növbəti səyyar görüş-qəbulunu keçirib. Səyyar qəbulda ŞİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər.

"Unikal" xəbər verir ki, icra başçısı ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə qəsəbə sakinlərinə məlumat verib. Onun sözlərinə görə, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan və ədalətli qaldırılan məsələlər müsbət həllini tapıb.

Taleh Qaraşov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir: “Son illərdə vətəndaşla məmur arasında birbaşa dialoq mühitinin yaradılması, habelə vətəndaşın rahatlığı və məmnuniyyətinin təmin edilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb, artıq vətəndaşlar elektron xidmətlərdən istifadə etməklə, evdən çıxmadan rahat və maneəsiz dövlət qurumlarına, o cümlədən Lənkəran ŞİH-ə müraciətlərini edə bilirlər. Bu isə əlavə vaxt itkisinin qarşısını alır, bürokratik əngəllərin aradan qaldırılmasına yardım edir, vətəndaşların müraciətlərinə operativ və daha çevik baxılmasını təmin edir”

Səyyar görüş-qəbulda qəsəbə sakinlərini narahat edən və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerində həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanması səlahiyyətli şəxslərə tapşırılıb.

Nərimanabad qəsəbə inzibati ərazi dairəsinin sakinləri fikir və istəklərini heç bir maneə olmadan rayon rəhbərliyinə çatdırıblar, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
unikal.az

1Источники