RU

Könüllülərin intellektual yarışı keçiriləcək

““Azərbaycan Könüllülük Həftəsi 2025” həftəsi çərçivəsində ilk dəfə “Birlikdə 5 il” festivalı təşkil ediləcək”.TƏHSİL.BİZ xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Azərbaycan Könüllülük Həftəsi 2025”in başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında söyləyib.Sədr bu həftə çərçivəsində keçiriləcək tədbirlər barəsində də ətraflı məlumat verib:  ““Azərbaycan Könüllülük Həftəsi 2025” bu il xüsusi mövzuları əhatə edir. Bu mövzular  “Zəfər – 5 il”, “Konstitusiya – 30 il”, “Milli birlik”, “Suveren Azərbaycan”, “Könüldən Könüllü” və “Aktiv – 5 il”dir. Bu il Zəfərimizin 5 illiyi ilə yanaşı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının da 5 yaşı tamam olur. 2019-cu ildə təsis olunan ittifaq hazırda geniş şəbəkəyə malikdir və 32 dövlət qurumunun könüllü təşkilatını bir araya gətirməyi bacarıb”.O bildirib ki, paralel olaraq, həftə boyunca “Könüllü saatları” elan olunacaq: “Yaxın günlərdə keçiriləcək layihələrimizdən biri də “Suveren Azərbaycan İntellektual Könüllülər Liqası”dır. Bu liqada 200 nəfər Azərbaycan könüllüsünün iştirakı ilə intellektual yarış təşkil ediləcək və qaliblərə hədiyyə və ya sertifikatlar təqdim olunacaq. “Könüllü saatları” layihəsi çərçivəsində isə Azərbaycan könüllüləri heyvanlara qayğı mərkəzlərində və ya qocalar evlərində yaşlı insanlara kömək göstərəcəklər. Həmçinin, biz antiterror əməliyyatlarının simulyasiyasını Azərbaycan könüllülərinin iştirakı ilə həyata keçirməyi planlaşdırmışıq. Simulyasiya “airsoft” üzərindən baş tutacaq və bu layihədə də Azərbaycan könüllüləri iştirak edərək müsabiqə xarakterli şəkildə qalib komandalar müəyyən olunacaq”, – deyə o bildirib.

Избранный
42
50
tehsil.biz

10Источники