RU

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir » AzadMedia.az



Azərbaycan böyük alimləri ilə fəxr etməlidir.

Bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünyaşöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir.

"Azərbaycan xalqı elm və tərəqqi yolu ilə irəliləməyə davam edəcək və bu yolda, əlbəttə ki, akademik Yusif Məmmədəliyevin qoyduğu parlaq ideyalar həmişə bizim yolumuzu işıqlandıracaq. Bu yolda, təbii ki, Beynəlxalq Türk Akademiyası həm Azərbaycan elminin, həm də Türk dünyasının, Türk xalqlarının, Türk dövlətlərinin elminin inkişafına öz töhfəsini verməyə hazırdır".
Избранный
5
1
azadmedia.az

2Источники