RU

Səkkizotaqlı ev yandı

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Kürdəmir rayonunda səkkizotaqlı fərdi yaşayış evi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 130 kv metr olan 8 otaqlı ev yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nın Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.

Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
3
bakivaxti.az

4Источники