Bu gün Azərbaycan Basketbol Liqasının VIII turunda daha iki oyun baş tutacaq.
Offsideplus.az xəbər verir ki, A qrupunda “Abşeron Lions” NTD ilə qarşılaşacaq. Görüş saat 17:00-da start götürəcək.
B qrupunda isə “Naxçıvan” “Lənkəran”la qarşılaşacaq.
Matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, hər iki oyun “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.