RU

Yusif Vəliyev: ASAN xidmət lə başlayan könüllülük təşəbbüsü artıq 32 dövlət qurumunu əhatə edir

ain.az, Baku.ws saytına istinadən bildirir.

"Bildiyiniz kimi bu gün Könüllülərin VIII forumu keçirilir. Biz Azərbaycan Respublikası Gənclər Fondu olaraq tədbirin rəsmi tərəfdaşıyıq. Artıq 8-ci dəfədir keçirilən həm bu forum, həm də könüllülük həftəsi il ərzində keçirilən könüllülük fəaliyyətinin yekunu və yekun hesabatıdır. Onu da nəzərə alaq ki, 5-Dekabr Könüllülər günüdür onda bu həm də könüllülərimizin bayramıdır".

BAKU.WS xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Gənclər Fondununun icraçı direktoru Yusif Vəliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 32 dövlət qurumunda könüllülük fəaliyyəti həyata keçirilir:

"İl ərzində ümumilikdə Gənclər Fondu olaraq biz Azərbaycanda könüllülük hərəkatının inkişafı və onun dəstəkləməsi üçün davamlı olaraq müsabiqələrə qrantlar ayırırıq. Eyni zamanda könüllülük təşəbbüsünə də hər zaman dəstək göstərilir. Bu gün ümumilikdə 3 000 Azərbaycan gənci bu forumda iştirak edir. Bir vaxt sadəcə "ASAN xidmət"lə başlayan bu təşəbbüs artıq 32 dövlət qurumunu əhatə edir. Həmin könüllülərimizi dövlət qurumlarında vətəndaş xidmətlərində, beynəlxalq tədbirlərdə görə bilərik.

Onların könüllülük fəaliyyəti isə işlərinə əlavə dəyər qatır". Qeyd edək ki, bu gün Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Könüllülərinin VIII Həmrəylil Forumu keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
baku.ws

2Источники