RU

Neft Emalı Zavodunda NARAZILIQ… Qadın işçilər bu bəhanəylə işdən çıxarılır

Neft Emalı Zavodunda çalışan 50 yaşdan yuxarı qadın işçilər işdən çıxarılma bəhanəsiylə imtahanlara cəlb edilir.

Tribuna xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.


Zavodda çalışan xanım işçilərin şikayətini işıqlandıran hüquq müdafiəçisi bildirib ki, könüllü olaraq işdən çıxma ərizəsi yazmayan işçilər imtahanlara cəlb edilir və daha sonra “imtahandan kəsildin” bəhanəsiylə işdən azad edilirlər:

“Zavoddan xanım işçilər yazır ki, dünən neft emalı zavodunda onlara (laborantlara) imtahan sualları verilib. Deyiblər ki, imtahana hazırlaşın. İmtahanlar 9,10,11 dekabrda Baş ofisdə olacaq. Birinci laborantlar üçün olacaq. İmtahan 28 mövzu üzrə olacaq. Dedilər ki, az xal toplasanız, sizinlə sağollasacağıq.
Sonu necə bitəcək, Baş ofisdə bilinəcək. Laboratoriyada dünəndən hamı pis günə düşüb. Hamı stres yaşayır, çox bərbad, acınacaqlı vəziyyətdəyik. Hamının krediti, borcu var.
Bizə kim kömək edə bilər. Sizdən kömək istəyirik, biz nə edək? 50 yaşdan sonra küçəyə atmaq istəyirlər bizi”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Избранный
69
3
tribunainfo.az

4Источники