İnsanların gündəlik həyatda yol verdiyi bəzi davranışlar onların cazibədarlığını azaldır.
Ölkə.Az xəbər verir ki, bunu türkiyəli davranış elmləri mütəxəssisi Aşkım Kapışmak deyib. O, həmin davranışları aşağıdakı kimi sıralayıb:
-
Başqalarını aşağılayaraq danışmaq
Eqo cazibənin ən böyük düşmənidir. -
Dayanmadan özü haqqında danışmaq
Qarşındakının özünü əhəmiyyətsiz hiss etməsinə səbəb olur. -
Kobud və aqressiv danışmaq
Güclü yox, itiələyici ab-hava yaradır. -
Hər zarafata görə küsmək
Çox küsəyənlik qarşıdakını boğur. -
Özünü tərifləmək üçün başqalarını pisləmək
“Mən” mərkəzli insan hər şəraitdə cazibəsini itirir. -
İnsanlardan istifadə edib işi bitən kimi üz çevirmək
Xarakterin ən çirkin tərəfi davranışı hesablamaqdır. -
Qısqanclıq bəhanəsi ilə nəzarətdə saxlamağa çalışmaq
Bu, sahiblənmə yox, güvənsizlikdən irəli gəlir. -
Özünü daim qurban kimi qələmə verib ətrafdakıları günahlandırmaq
Yetkinlik sıfır, dram maksimumdur. -
Tez-tez “niyə yazmırsan?” deyə soruşmaq
Təzyiq yaradır və qarşı tərəfi uzaqlaşdırır. -
İlk görüşdə keçmiş sevgili barədə danışmaq
Müqayisə hissi yaradır və yaranmış atmosferi korlayır.
Billurə