AZ

Cazibənizi aşağı salan 10 davranış

İnsanların gündəlik həyatda yol verdiyi bəzi davranışlar onların cazibədarlığını azaldır.

Ölkə.Az xəbər verir ki, bunu türkiyəli davranış elmləri mütəxəssisi Aşkım Kapışmak deyib. O, həmin davranışları aşağıdakı kimi sıralayıb:

  1. Başqalarını aşağılayaraq danışmaq
    Eqo cazibənin ən böyük düşmənidir.

  2. Dayanmadan özü haqqında danışmaq
    Qarşındakının özünü əhəmiyyətsiz hiss etməsinə səbəb olur.

  3. Kobud və aqressiv danışmaq
    Güclü yox, itiələyici ab-hava yaradır.

  4. Hər zarafata görə küsmək
    Çox küsəyənlik qarşıdakını boğur.

  5. Özünü tərifləmək üçün başqalarını pis­ləmək
    “Mən” mərkəzli insan hər şəraitdə cazibəsini itirir.

  6. İnsanlardan istifadə edib işi bitən kimi üz çevirmək
    Xarakterin ən çirkin tərəfi davranışı hesablamaqdır.

  7. Qısqanclıq bəhanəsi ilə nəzarətdə saxlamağa çalışmaq
    Bu, sahiblənmə yox, güvənsizlikdən irəli gəlir.

  8. Özünü daim qurban kimi qələmə verib ətrafdakıları günahlandırmaq
    Yetkinlik sıfır, dram maksimumdur.

  9. Tez-tez “niyə yazmırsan?” deyə soruşmaq
    Təzyiq yaradır və qarşı tərəfi uzaqlaşdırır.

  10. İlk görüşdə keçmiş sevgili barədə danışmaq
    Müqayisə hissi yaradır və yaranmış atmosferi korlayır.

Billurə

Seçilən
54
olke.az

1Mənbələr