“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibi dəyişib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Müşahidə Şurasının tərkibindən Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri və Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri çıxarılır.
Siyahıya Mehman İsmayılov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri və Əli Cəfərov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini əlavə edilir.