Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.İndiyə qədər Azərbaycan ərazisində 109 611 ədəd yeni nəsil NKA quraşdırılıb"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb".