
Google Android üçün Google Telefon və Google Mesajlar tətbiqlərinə yeni funksiyalar əlavə edib.
Missiya.Az Haber Global-a istinadən xəbər ki, şirkət Google Phone üçün “Zəng Səbəbi” xüsusiyyətini rəsmi olaraq açıqlayıb.
Yeniliyə əsasən, istifadəçilər zəngi “təcili” kimi işarələyə biləcəklər. Funksiya hələlik yalnız bu imkanı təqdim edir və zəngin səbəbini ayrıca seçmək mümkün olmayacaq. “Zəng Səbəbi” yalnız Google Telefon tətbiqini əsas zəng proqramı kimi istifadə edən iki Android cihazı arasında işləyəcək.
Google Mesajlar tətbiqinə isə istənməyən qrup söhbətlərinə qarşı yeni təhlükəsizlik mexanizmi əlavə ediləcək.
Seyranə QuliyevaMissiya.Az