RU

Azərbaycanda asfalt və beton istehsalının həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 126,6 min tonasfalt istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədəasfalt istehsalı 50,6 min ton və ya 66,6% artıb.

Eyni zamanda cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda3,837 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyniaylarındakı göstərici ilə müqayisədə 358 min ton və ya 8,5%azdır.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalısahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumidəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 4,3 faiz azalıb.

Məqalədə:
Избранный
22
az.trend.az

1Источники