ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xırdalan şəhərində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisə dekabrın 4-də saat 11:00 radələrində Qalubiyyə küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 77-PC-279 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib. Ardınca o, sağa manevr edərək maşını arxa-arxaya sürüb və daha sonra dayanıb. Bu zaman görüntünü qeydə alan sürücü qayda pozan şəxsə iradını bildirib. O isə əl-qol hərəkətləri ilə törətdiyi xətaya haqq qazandırıb.
Şikayətçinin sözlərinə görə, sürücü sərnişin mindirdiyi üçün bu xətanı törədib.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.