RU

Polşada dəmir yollarında təxribatınməqsədi

15-16 noyabr tarixlərində Polşa dəmir yolunda baş verən təxribatlar “böyük dəmir yolu qəzası” yaratmaq məqsədi daşıyıb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmətlər üzrə nazir-koordinatoru Tomaş Syemonyak "TVN24" kanalına müsahibəsində deyib.

Tomaş Syemonyak bildirib ki, təxribatın icraçıları peşəkar olub.

Onun sözlərinə görə, Rusiya belə hücumlarla Avropa ölkələrini qorxutmağa, onların Ukraynaya dəstək məsələsindəki qətiyyətini və mümkün sülh müqaviləsinin şərtləri ilə bağlı mövqelərini zəiflətməyə çalışır.

“Rusiya düşünməyə başlayıb ki, o, qalib gəlir. Ukraynanı Zelenskini zəiflədən böyük korrupsiya qalmaqalı daxildən yeyir və Ukraynanı dəstəkləyən dövlətlərə zərbə vurmaq lazımdır”, – Syemonyak bildirib.

Nazirin əlavə edib ki, son iki ay ərzində biz bu cür təhdidlərin yenidən artmasını müşahidə edirlər.

Избранный
16
3
redaktor.az

4Источники