RU

“WhatsApp”a xüsusi düymə əlavə edildi Bu işə yarayır

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

“WhatsApp”da çoxhesablı funksiya istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər tək bir telefonda iki ayrı “WhatsApp” hesabından istifadə edə bilərlər. Hesablar arasında keçid üçün xüsusi düymə əlavə edilib. Məlumata görə, hər bir hesab üçün bildiriş və söhbət parametrləri müstəqil şəkildə saxlanılır. Yenilik “WhatsApp”ın iOS-lar üçün beta versiyasında istifadəyə verilib.

Məlumata görə, parametrlər menyusuna əlavə edilən "Hesab siyahısı" bölməsi və ya QR kod işarəsinin yanındakı yeni düymə vasitəsilə ikinci hesab əlavə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
metbuat.az

2Источники