Moskva NATO-nun genişlənməməsi ilə bağlı verdiyi vədlərə əməl olunmasını tələb edir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “India Today”a verdiyi müsahibədə bildirib.
“Biz sadəcə olaraq əvvəlki vədlərin yerinə yetirilməsində israr edirik… Bu vədlər Rusiyaya 90-cı illərdə verilmişdi: Şərqə doğru heç bir genişlənmə olmayacaq”, – deyə Putin qeyd edib.