Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz-Naxçıvan" "Kəpəz"ə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb:
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik. Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik".
“Şəfa”nın baş məşqçisi: “Liqalar arasındakı fərq öz sözünü deyir"
Kaxaber Tsxadadze: “Kimdir məni yatmağa qoyan?”
Azərbaycan kuboku: "Qəbələ" 1/4 finalda -YENİLƏNİB
"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
AFFA-dan 4 kluba texniki məğlubiyyət