RU

İsrailin “Avroviziya–2026”a buraxılması kütləvi boykota səbəb oldu

İsrailin “Avroviziya–2026” musiqi yarışmasında iştirakına rəsmi icazə verilməsi Avropada geniş etiraz dalğası yaradıb.

"Ölkə.az" xəbər verir ki, qərarın ardından bir neçə ölkə ard-arda boykot qərarı açıqlayıb. İlk olaraq İspaniya və Niderland yarışmada iştirak etməyəcəklərini bildirmişdi. Daha sonra İrlandiya, İspaniya və Sloveniya da boykota qoşularaq “Avroviziya–2026”dan imtina etdiklərini bəyan ediblər.

Məlumata görə, İslandiyanın dövlət yayım qurumu da ölkənin yarışdakı iştirakını yenidən müzakirəyə çıxarmağı planlaşdırır.

Qərar Avropanın bir çox ölkəsində tənqidlərə səbəb olub və müsabiqənin gələcək formatı ilə bağlı geniş mübahisələr davam edir.(musavat.com)

Избранный
80
50
olke.az

10Источники