RU

Toyda DƏHŞƏTLİ HADİSƏ: Qonaq bəyi səhvən güllələyib ÖLDÜRDÜ – VİDEO

Afrikada toy yas mərasiminə dönüb, qonaq bəyi öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Afrikada keçirilən toy mərasimində havaya atəş açmaq istəyən şəxs silahın geri təpməsi səbəbindən bəyi qətlə yetirib.

Hadisə Afrika ölkələrinin birində baş tutan nikah mərasimi zamanı qeydə alınıb.

Məlumata görə, qonaqlardan biri sevincini ifadə etmək üçün avtomat silahla havaya atəş açmaq qərarına gəlib.

O, yeni evlənən cütlüyə tam yaxınlaşaraq atəş açmağa başlayıb. Lakin silahın geri təpmə qüvvəsini nəzərə almayan qonaq idarəetməni itirib və silahın lüləsi aşağı enib.

Nəticədə açılan atəş bəyə dəyib və o, aldığı xəsarətdən dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
35
interpress.az

1Источники