RU

4 nəfərin həlak olduğu yanğından görüntülər - VİDEO

 

 

Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi  xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər həyatını itirib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın yerindən videonu təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
6
olaylar.az

7Источники