BAKI, 5 dekabr. TELEQRAF
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən 9 mərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə məlumata görə, yanğının qazsızmadan baş verdiyi ehtimal edilir.
Məlumata görə, yanğın 7-ci mərtəbədə başlayıb, ölən şəxslər isə binanın 9-cu mərtəbəsində yaşayır. 3 nəfər bir ailənin üzvüdür, digər ölən şəxs isə qonşudur.