RU

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkəmizin ilk qadın biologiya elmləri doktoru, botanika və bitkiçilik elminin inkişafında mühüm rol oynamış görkəmli alim Validə Tutayuqun anadan olmasının 110 illiyi  qeyd edilmişdir.

Tədbir Validə Tutayuqun həyat və elmi fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır. Sonra ADAU-nun rektoru Zəfər Qurbanov

alimin ölkə elmi üçün misilsiz xidmətlərindən danışaraq  qeyd etmişdir ki, onun yüksək elmi hazırlığı Azərbaycan bioloji elminin tarixində silinməz izlər qoymuşdur.

Tədbirdə ADAU-nun Biologiya kafedrasının müdiri Arif Qaziyev, universitetin fəxri professoru, Əməkdar müəllim Bəhman Əliyev, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Firudin Qurbanov, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, GDU-nun Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Nizami Seyidəliyev Validə Tutayuqla bağlı xatirələrini danışmışlar.

ADAU-nun Biotexnoloji Mərkəzinin kiçik elmi işçisi Elgün Mahmudov və Baytarlıq fakültəsinin Əczaçılıq ixtisası üzrə I kurs tələbəsi Firuz Varəngi isə Validə Tutayuqun elmi irsinin bu gün gənc alimlər və tələbələr üçün böyük ilham mənbəyi olduğunu qeyd etmişlər.

Sabir ƏLİYEV,

“Azərbaycan”

Избранный
107
azerbaijan-news.az

1Источники