RU

Qobu Park 1 də evdə partlayış: ölənlərdən ikisi uşaqdır VİDEO

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Partlayışa mənzildəki kombinin partlaması səbəb olub

Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır. AYNA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.

Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.

Təxminən 65-70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında partlayış olub və yanğına çevrilib.

Bu barədə “Baku” TV-yə hadisə şahidlərindən biri danışıb.

"İki körpə uşaq və anaları ölüb, cavan gəlindir. Bir də Yusif dayı, yaşlı kişidir, doqquzuncu mərtəbədə yaşayırdı. Öz yoldaşım da zəhərlənib. Əlaqə saxladım indi, yaxşıdır. Əvvəl elə bildik uşaqların bayramda istifadə etdikləri pirotexniki vasitədir", - sakin bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
7
ayna.az

10Источники