RU

Poeziya buketi, nəğmə çələngi

ƏN GÖZƏL TƏSADÜFÜMSƏN

Sən mənim ömrümə bir sevinc payım,

Bir təsadüf bilim, bir qismət sanım?

Mənə doğma oldun, olarkən yadım,

Sən mənim ən gözəl təsadüfümsən.

***

Bəzən incidiyim, bəzən küsdüyüm,

Bəzən də sənsiz hey əzab çəkdiyim.

Birlikdə var olub üzüm güldüyüm,

Sən mənim ən gözəl təsadüfümsən.

***

Puç olan sevgilər qayıtmır geri,

Sədaqət göstərməz vəfasız biri.

Varlığın qəlbimdə son ümid yeri,

Sən mənim ən gözəl təsadüfümsən.

***

Nələr çəkmədi ki, nələr bu başım,

Sevgi istəmişdim, heç yaşanmamış.

İnanmaq çətindir, amma yaşadım,

Sən mənim ən gözəl təsadüfümsən.

***

Səndən uzaqlarda xəyala daldım,

Bəzən də ruhumla sənə sarıldım.

Eşqinlə bağlıdır peymanım, andım,

Sən mənim ən gözəl təsadüfümsən.

***

Sevinclə döyünsün daim qəlbimiz,

Bizdən uzaq olsun dərdi-sərimiz.

Dillərdə söz olsun bizim sevgimiz,

Sən mənim ən gözəl təsadüfümsən.

Pərvin Həsrətli

Избранный
74
1
oxumeni.az

2Источники